IQNA

19:40 - July 19, 2019
Xəbər sayı: 3485540
Almaniyanın Münster şəhərinin yaxınlığındakı Minden rayonunda naməlum şəxslər müsəlmanların ibadət ocağına hücum və hörmətsizlik ediblər və məscidə zərər vurublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Münster şəhərinin yaxınlığındakı Minden rayonunda naməlum şəxslər müsəlmanların ibadət ocağına hücum və hörmətsizlik ediblər və məscidə zərər vurublar.

İyul ayının 17-də Minden rayonunda yerləşən Barbaros məscidinə hücum edən anonim şəxslər Qurani-Kərimin bir neçə nüsxəsinini də parçalayıblar.  

Bu məscid Türkiyənin Dini İşlər Təşkilatının nəzdində fəaliyyət göstərən "İslam-Türk Birliyi"nə bağlı ibadət ocağıdır.

Barbaros məscidinin idarə heyətinin rəisi Səbahəddin Çiğdəm bu məscidə öncələrdə də hücum edildiyinə işarə edərək deyib: Məscidə hücum və Qurana hörmətsizlik edən şəxslərin həbs olunaraq cəzalandırılmasını tələb edirik.

Qeyd edək ki, son on gün ərzində Almaniyanın müxtəlif bölgələrində məscidlərə yeddi dəfə hücum edilib. Bu hücumların altısı İslam-Türk Birliyinə bağlı məscidlərə və biri isə Ərəb miqrantlara aid məscidə qarşı həyata keçirilib.

http://iqna.ir/fa/news/3828081

Ad:
E-poçt:
* Comment: