IQNA

7:53 - July 20, 2019
Xəbər sayı: 3485541
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz  boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini  saxlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz  boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini  saxlayıb.

Sepah  yayımladığı bəyanatda bidlirir: "Britaniya gəmisi  İran dənizçilik və limanlar təşkilatının istəyi ilə  beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə Sepah qüvvələrinin iştirakı ilə saxlanılıb və İran sahilinə  gətirilib. Gəminin saxlanılmasına dair qanuni prosedur tamamlandıqdan sonra  gəmi  İran Dənizçilik və Limanlar Təşkilatına təhvil verilib."
 
Xatırladaq ki, bir müddət öncə  Böyük Britaniya İranın neft tankerini saxlayaraq sanksiya rejimini pozmaqda ittiham edib. İran bu ittihamı qəbul etməyərək gəminin dərhal azad olunmasını tələb etmişdi. Ötən həftə  Ali Rəhbər Ayətullah Xamenei  Böyük Britaniyanın hərəkətinin cavabsız qalmayacağını bəyan etmişdi.
Teqlər: iqna ، SEPAH ، neft tankeri ، Stena impero
Ad:
E-poçt:
* Comment: