IQNA

6:30 - July 21, 2019
Xəbər sayı: 3485549
Qurani-Kərimin tərtil tilavəti ilə bir dövr tam xətm edilməsi və audio yazısının hazırlanmasında Dubay qariləri Şeyx Üsamı Safi, Şeyx Abdullah Səbavi və Şeyx Vəlid Mərzuqi iştirak ediblər.

Dubayın "Beynəlxalq Qurani-Kərim Mükafatı Müəssisəsi" bu şəhərin seçilmiş peşəkar Quran qiraətçilərinin beş nəfərinin tərtil tilavətinin audio yazılarını hazırlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BƏƏ-nin "əl-Bəyan" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Dubayın beş qarisinin mürəttəl tilavətlə Quran xətmlərinin tam audio yazısı "Beynəlxalq Qurani-Kərim Mükafatı Müəssisəsi"nin saytında, radioda,  peyk televiziya kanallarında və sosial şəbəkələrdə paylaşılacaq və habelə bərk disklər (CD) üzərinə yazılaraq Quran müəssisələrinə göndəriləcək.

Quranın tərtil tilavəti ilə bir dövr tam xətm edilməsi və audio yazısının hazırlanmasında Şeyx Üsamı Safi, Şeyx Abdullah Səbavi və Şeyx Vəlid Mərzuqi iştirak ediblər.

Yeni hazırlanmış bu üç tilavətə öncədən yazılmış Şeyx Xəlifə Tənici (BƏƏ-nin beynəlxalq Quran yarışları hakimi) və Suriyalı qari mərhum Şeyx Əhməd Kərasinin Quran tilavətlərinin audio yazısı da əlavə edilib.    

http://iqna.ir/fa/news/3828509

Teqlər: Quran ، tilavət ، tərtil ، mürəttəl ، iqna ، dubay ، CD ، bərk disk
Ad:
E-poçt:
* Comment: