IQNA

Kanada Halifaks məscidinin qorunması üçün 15 dollar kömək edib

7:19 - July 21, 2019
Xəbər sayı: 3485551
Kanada federal hakimiyyəti bu ölkənin "Nova Scotia" əyalətinin Halifaks (Halifax) şəhər məscidinin təhlükəsizliyinin qorunması və təmin edilməsi məqsədi ilə məscidə 15 min dollar kömək edib.

Kanada federal hakimiyyəti bu ölkənin "Nova Scotia" əyalətinin Halifaks (Halifax) şəhər məscidinin təhlükəsizliyinin qorunması və təmin edilməsi məqsədi ilə məscidə 15 min dollar kömək edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "globalnews" informasiya portalına istinadla verdiyi xəbərə görə, bu barədə "Nova Scotia" əyalətinin Halifaks şəhərinin Kanada parlamentindəki nümayəndəsi Andy Fillmore İyul ayının 19-da məlumat verib.  

O deyib: "Nova Scotia" əyalətinin Halifaks şəhərinin Ümmət məscidinin təhlükəsizlik sisteminin hərəkətə həssas sensorlar, gizli kameralar və açarsız qıfıllar vasitəsi ilə yüksəldilməsi üçün on beş min dollar vəsait ayrılıb.

Şəhərin parlament nümayəndəsi və Ümmət məscidinin imamı ümid edirlər ki, təhlükəsizlik sisteminin yüksəldilməsi namazqılanları və məscidi Şimali Amerikada cərəyanda olan İslamofobiyanın yaratdığı xoşagəlməz hadisələrdən qoruya biləcəkdir.

Halifaks şəhəri Nova Scotia əyalətinin mərkəzidir. Bu şəhərdə 410 min nəfər əhali yaşayır.

http://iqna.ir/fa/news/3828523

 

 

captcha