IQNA

Fələstinlilər evlərinin dağıdılmasına etiraz ediblər

13:07 - July 22, 2019
Xəbər sayı: 3485553
Fələstinlilər evlərinin sionistlər tərəfindən dağıdılmasına etiraz olaraq qərb sahilində aksiya keçiriblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Qərb sahilinin cənubunda yerləşən Beyt-Ləhmin Vadi Əlhums məntəqəsinin sakini olan fələstinlilər evlərinin bufer divarın qarşısında yerləşməsi bəhanəsilə sionistlər tərəfindən müsadirə olunması və dağıdılmasına etiraz olaraq, aksiya keçiriblər.

Fələstinli aksiyaçılar evlərin dağıdılması və sakinlərin çıxarılmaları kimi geniş əməliyyata qarşı öz hiddətlərini elan ediblər. İşğalçılar bu məntəqənin dağıdılması əməliyyatını icra etməyə çalışırlar. Onlar hətta dinc aksiyaları şiddətlə yatırırlar. Sionistlərin bu planı həyata keçirməkdə məqsədləri, həmin məntəqəni fələstinlilərdən təmizləməkdir. İşğalçı hərbçilər öz evlərinin dağıdılmasına etiraz edən aksiyaçıları vəhşicəsinə yatırıblar.

Sionistlər tərəfindən fələstinlilərə qarşı basqın və onların həbs olunmaları cari ilin ilk yarısında nəzərəçarpacaq dərəcədə artıbdır. Belə ki, indiyədək sionist rejimin hərbçiləri və təhlükəsizlik qüvvələri tərəfindən 2600 fələstinli həbs olunubdur.

 

Teqlər: fələstin ، israil ، iran ، iqna ، quran ، müsəlman
captcha