IQNA

Xəbərdarlıq: Xristianlar Qüdsdən boşaldılır

22:30 - July 22, 2019
Xəbər sayı: 3485557
Rumun Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin baş keşişi Ətaullah Hənna Qüdsün fələstinli xristianlardan boşaldıldığı barədə xəbərdarlıq edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rumun Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin baş keşişi Ətaullah Hənna Qüdsün fələstinli xristianlardan boşaldıldığı barədə xəbərdarlıq edib.

Rumun Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin baş keşişi Ətaullah Hənna Fələstinin "Birzeit univesiteti"nin tələbələri ilə görüşündə deyib: Qüds şəhərinin xüsusi əhəmiyyəti vardır. Bu şəhər sionist işğalçıları və Amerikanın zalimanə cinayətlərinə rəğmən həmişə Fələstinin paytaxtı olub və olacaqdır.

O əlavə edib: Dünyanın heç bir qüdrəti Qüds şəhərini bizim ürəyimiz, vicdanımız və mədəniyyətimizdən ayıra bilməz. Çünki Qüds İslam və xristianlığın ən mühüm və müqəddəs şəhərlərindən biridir və Fələstin millətinin mənəvi və milli paytaxtıdır.

Ətaullah Hənna sionistlərin keçən illər ərzində Qüdsə davamlı təcavüzlərinə işarə edərək deyib: Bu hücumlarda bütün müsəlmanlar və xristinalar hədəfə alınıblar. Sionistlər bizim daxili ixtilaflarımızdan öz siyasət və hədəflərini irəli aparmaq üçün sui-istifadə ediblər.

O vurğulayıb: Qüds şəhərinin xristianları sionistlərin hücumları nəticəsində məhv olmaq astanasındadırlar və bir gün gələcək ki, Qüdsdə fələstinli xristian qalmayacaq. Və bu məsələ Qüdsün fələstinli kimliyinə böyük zərbə vuracaqdır.  

http://iqna.ir/fa/news/3828784

captcha