IQNA

Qətər Həcc məsələlərini "siyasi"ləşdirən Səudiyyədən şikayət etdi

8:27 - July 23, 2019
Xəbər sayı: 3485563
Duhenin "Dinlərin Dialoqu Beynəlxalq Mərkəzi"nin tərəfindən keçirilən toplantıda ölkə məsulları Səudiyyənin qətərli hacıların Təməttö və Ümrə Həcci mərasimlərinə buraxmamasının səbəblərini araşdırıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, Duhenin "Dinlərin Dialoqu Beynəlxalq Mərkəzi"nin tərəfindən keçirilən toplantıda Qətərin məsulları Səudiyyə Ərəbistanın qətərli hacıların Təməttö və Ümrə Həcci mərasimlərinə buraxmamasının səbəblərini araşdırıblar.

Toplantı iştirakçılara bu qənaətə gəliblər ki, Ali-Səud hakimiyyətinin bu addımı ədalətsiz və çirkli siyasətin nəticəsidir və Səudiyyə Ərəbistanın İslam dininin əsas sütunlarından biri olan Həcc ayinindən öz siyasi maraqları üçün sui-istifadə edirlər.

Duhenin "Dinlərin Dialoqu Beynəlxalq Mərkəzi"nin tərəfindən keçirilən toplantıda iştirak edənlər Səudiyyə Ərəbistanına etirazlarını elan ediblər.

Onlar beynəlxalq təşkilatlara məktub yazaraq Ali-Səudun üç il ardıcıl olaraq Qətərli hacıların Həcc ayinlərini yerinə yetirmələrinə mane olmasını iyrənc siyasət adlandıraraq etirazlarını bildiriblər.

Habelə Vaşinqtonda keçirilən Beynəlxalq Dini Azadlıq Konfransına təcili məktub yazaraq insanların azadlığına hörmət, dini əqidə azadlığının qorunması və onun müdafiə edilməsinin zəruri olduğunu vurğulayıblar.

Duhenin "Dinlərin Dialoqu Beynəlxalq Mərkəzi"nin tərəfindən keçirilən toplantıda bu mərkəzin idarə şurasının vitse-prezidenti Ayişə Münai, Qətərin İnsan Haqları Milli Komitəsinin qanuni məsləhətçi və müşaviri Abdullah Kəəbi, Qətərin Dini İşlər və İslami Fondlar Nazirliyinin nümayəndəsi İbrahim Məhəmməd Nemət, Qətərin Həcc karvanının rəsmi sözçüsü Yusif Əhməd və Qətərin xarici işlər nazirliyinin konsulluq işləri üzrə şöbəsinin müdiri Məhəmməd Səbii iştirak ediblər.

Onlar vurğulayıblar ki, Həcc ayinlərini tam azad və təhlükəsiz şəkildə yerinə yetirmək bütün müsəlmanların haqqıdır. Müqəddəs məkanlar Ali-Səudun mülkü deyil, bütün müsəlmanlarındır və hamının bu məkanlara problemsiz getmək və ziyarət etmək hüququ vardır.

http://iqna.ir/fa/news/3829021

captcha