IQNA

Dünyada aclıq təhlükəsi baxımından ən pis ölkə Yəməndir

8:41 - July 26, 2019
Xəbər sayı: 3485579
FAO nəşr etdirdiyi 2019-cu ilin hesabatında, 30 milyonluq Yəmən xalqının 39%-nin aclıqla üzləşdiyini və 85%-nin ərzaqa ehtiyacının olduğunu bildirib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Yəməni dünyada aclıq təhlükəsi baxımından ən pis vəziyyətdə olan ölkə elan edib.
FAO nəşr etdirdiyi 2019-cu ilin hesabatında, 30 milyonluq Yəmən xalqının 39%-nin aclıqla üzləşdiyini və 85%-nin ərzaqa ehtiyacının olduğunu bildirib.
Ümumdünya Ərzaq Proqramının (WFP) “2019 Qlobal ərzaq böhranı” hesabatına görə, keçən il aclıq təhlükəsi ilə üzləşən ölkələrin başında Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Efiopiya, Suriya, Sudan, Cənubi Sudan və Nigeriya dayanıb.
Hesabatlar dünyada bəzi bölgələrdə baş verən ərzaq böhranının miqyasını nümayiş etdirir, əhali artımı isə ehtiyatların azalması təhlükəsini göstərir.
Avropa İttifaqı (Aİ) BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Dünya Ərzaq Proqramı (WFP) tərəfindən Brüsseldə keçirilən iclasda açıqlanan hesabata görə, 2018-ci ildə 53 ölkədə təxminən 113 milyon insan kəskin aclıq keçirib. Bu rəqəm 2017-ci ildə 124 milyon olduğu üçün azalma baş verdiyini göstərsə də, aclıq çəkən insanların sayı hələ də 100 milyondan çoxdur.
Səudiyyə rejimi və tərəfdaşlarının 2015-ci ilin mart ayından etibarən Yəməndə davam etdirdikləri müharibə və bu ölkəyə qarşı tətbiq etdiyi blokada səbəbindən Yəməndə son əsrin ən böyük ərzaq böhranı yaşanır.
captcha