IQNA

Cənubi Afrikada Şeyx Zəkzakinin azadlığı üçün aksiya keçiriləcək

10:40 - July 26, 2019
Xəbər sayı: 3485582
Bu gün, həftənin Cümə namazından sonra, saat 12:00-14:00 arasında, Cənubi Afrikada Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzakinin azadlıq tələbi ilə aksiya keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 26 İyul 2019-cu il, Cümə namazından sonra, saat 12:00-14:00 arasında, Cənubi Afrikada Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzakinin azadlıq tələbi ilə aksiya keçiriləcək.

Akisya iştirakçıları hazırda həbsdə olan Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzakinin sağlamlığının təhlükədə olmasına və Nigeriya Ali Məhkəməsinin onun azadlıq hökmünü verməsinə rəğmən hakimiyyət tərəfindən hələ də həbsdə saxlanılmasına etiraz şüaları səsləndirəcəklər.

Bu aksiya Cənubi Afrikanın iki böyük şəhərində, Kiptavn şəhərinin "Əhli-Beyt (ə) Mərkəzi"nin qarşısında və Juhansburq şəhərində Nigeriya səfirliyinin önündə keçiriləcək.

Qeyd edək ki, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzaki 2015-ci ilin Dekabr ayının 13-də Nigeriya hərbiçilərinin "Bəqiyətullah Hüseyniyyəsi"nə və Şeyxin evinə hücum edilərkən evində yaralanıb və həbs edilib. Son günlərdə Şeyxin zəhərlənməsi və sağlamlıq durumunun təhlükədə olması barədə xəbərlər yayılıb.  

http://iqna.ir/fa/news/3829978

تجمع در 2 شهر آفریقای جنوبی برای آزادی «شیخ زکزاکی»

captcha