IQNA

V Beynəlxalq İslam İncəsənəti Festivalı öz işinə başladı

10:21 - July 27, 2019
Xəbər sayı: 3485585
Malaziyanın V İslam Mədəniyyəti və İncəsənəti festivalı bu ölkənin paytaxtı Putracaya şəhərində öz işinə başladı. Festivalda İran İslam Respublikasının incəsənət və mədəniyyət nümayəndələri iştirak edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın V İslam Mədəniyyəti və İncəsənəti festivalı bu ölkənin paytaxtı Putracaya şəhərində öz işinə başladı.

Festivalda İran İslam Respublikasının da incəsənət və mədəniyyət nümayəndələri iştirak edirlər.

İslami Təbliğat və Əlaqələr Təşkilatının beynəlxalq əlaqələr şöbəsinin bu barədə məlumatına görə, festivalın açılış mərasimində İran İslam Respublikasının Malaziyadakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Məhəmməd Sabiqi, bəzi xarici ölkələrin səfirləri, İslami ölkələrin səfirliklərinin nümayəndələri, müxtəlif ölkələrin, o cümlədən İran İslam Respublikası, Türkiyə, Mərakeş, Banqladeş, İndoneziya, Taylanda, Özbəkistan və Malaziyanın müxtəlif əyalətlərinin incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.  

Malaziyanın xarici işlər nazirinin müavini və Xanımların İşləri və Ailə Məsələləri Naziri xanım Van Əzizə Van İsmayil festivalın açılış mərasimində qonaqları salamlayaraq deyib: Bu festival İslami ölkələrin incəsənət adamlarının öz məharətlərini göstərmək və Malaziya xalqının digər İslami ölkələrin incəsənət və mədəniyyəti ilə tanışlıq üçün yaranmış ən gözəl fürsətdir.  

O əlavə edib: İslam sülh və dostluq dinidir. Bu cür festivalların keçirilməsi islamofobiyanın təsirini azaldır və müsəlmanlar bir-biri ilə daha yaxından tanış olurlar.   

Qeyd edək ki, bu festivalda İran İslam Respublikasının incəsənət adamlarından ibarət bir heyət də iştirak edir. O cümlədən Həmədan əyalətinin "Ayin" musiqi qrupu, Kerman şəhərinin hüsnxətt ustadları və xalça ustaları, İsfahanın əl sənayesi ustaları iştirak edirlər.

http://iqna.ir/fa/news/3830101

captcha