IQNA

Londonda "Həcci siyasiləşdirməyi dayandırın" kampaniyası keçirilir

11:27 - July 28, 2019
Xəbər sayı: 3485591
Londonda yaşayan bir qrup insan haqları fəalları Ali-Səud rejimindən "həccin siyasiləşdirilməsinin dayandırılması", "dini əqidə azadlığı" və digər azadlıqlara hörmət edilməsi tələbi ilə kampaniya başladıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda yaşayan bir qrup insan haqları fəalları Səudiyyə Ərəbistanına hakim kəsilmiş diktator Ali-Səud rejimindən "həccin siyasiləşdirilməsinin dayandırılması", "dini əqidə azadlığı" və digər azadlıqlara hörmət edilməsi tələbi ilə beynəlxalq kampaniya başladıblar.

Bu beynəlxalq kampaniya cari həftənin Cümə günü (26 İyul 2019) "ədalət üçün" şüarı ilə başlayıb. Kampaniyanı başladanlar Səudiyyə Ərəbistanından müxtəlif ölkərlərdən Həccə getmək istəyənlərin qarşısında siyasi məsələlərə görə maneə icad etməməsini, Həcc mərasimi zamanı bəzi dini ayin və şüarların sırf diplomatik hədəflər üçün qarşısının alınmamasını və hamının əqidəsinə hörmət etməsini tələb edirlər.

Kampaniya çərçivəsində London şəhərinin sərnişin avtobuslarına Səudiyyə tərəfindən dini etiqad azadlıqlarının pozulması, beynəlxalq öhdəliklərə riayət edilməməsi əleyhinə və hacıların heç bir siyasi məhdudiyyət olmadan ziyarətlərini yerinə yetirməsini tələb edən şüarlar yazılıb.  

Üzərinə şüalar yazılan avtobuslar İngiltərə parlamenti, daxili işlər nazirliyi, Səudiyyə Ərəbistanın səfirliyi və aidiyyatı üzrə digər mühüm binaların önündən hərəkət ediblər.

Bu kampaniya İngiltərə vətəndaşları tərəfindən maraqla və alqışla qarşılanıb. Vətəndaşlar da küçələrdə keçirilən bu kampaniyaya qoşulublar. Aksiyaçılar daha sonra Səudiyyə Ərəbistanının səfirliyi önündə toplaşaraq şüarlar səsləndiriblər. Onlar Ali-Səuddan tələb ediblər ki, Həcci siyasiləşdirməsin, insanların əqidə azadlığını pozmasın və Həcc ayini ilə məşğul olan zəvvarları siyasi maraqlar üçün həbs etməsin və hacılar diplomatik maraqlar üçün Həcc ayinlərini icra etməmiş ölkələrinə geri qaytarılmasın.

Londonun insan haqları fəalları beynəlxalq cəmiyyətlərdən və BMT (Birləşmiş Millətlər Təşkilatı)-nin baş katibindən tələb ediblər ki, Səudiyyə Ərəbistanın Həcc ayinləri zamanı beynəlxalq qanunları və öhdəlikləri pozmasının qarşısını alsın.

http://iqna.ir/fa/news/3830391/

Teqlər: london ، həcc ، ali-səud ، səudiyyə ، bmt ، iqna ، insan haqları
captcha