IQNA

Dünya müsəlmanları "Həccin boykotu kampaniyası"na qoşuldu

17:14 - July 28, 2019
Xəbər sayı: 3485596
Dünya müsəlmanları Səudiyyə Ərəbistanın Yəməndə müharibə başlatması və minlərlə sivil vətəndaşın qətliam edilməsini qınayaraq Həccin boykot edilməsi tələbə ilə başladılan kampaniyaya qoşulublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya müsəlmanları Səudiyyə Ərəbistanın Yəməndə müharibə başlatması və minlərlə sivil vətəndaşın qətliam edilməsini qınayaraq Həccin boykot edilməsi tələbə ilə başladılan kampaniyaya qoşulublar.

Bu il Həcc mərasiminə 2 milyon nəfərin gedəcəyi təxmin edilsə də hər gün "həccin boykotu kampaniyası"na qoşulan müsəlmanların sayı artır. Səbəb isə terrorçu, vəhabi və sələfi rejimi olan Ali-Səud hakimiyyətinin Amerika və sionist yəhudilərə nökərlik edərək onların əvəzinə Yəməndə günahsız müsəlmanları qətliam etməsidir.

Etirazlara qoşulan Sindeynli kinorejissor Fəraz Rəhmanın fikrincə indiki şəraitdə Həcc səfərinə getmək ən azı əxalqi baxımdan doğru deyildir. Çünki Həccə getmək Səudiyyə Ərəbistanına günahsız müsəlmanları qətliam etmək üçün maddi yardım göstərmək deməkdir. Bu isə Həcc ayinlərinin fəlsəfəsinə ziddir.

O əlavə edib: Hazırda dini rəhbərlərimizin bir çoxu bu il Həccə getməyin boykot edilməsinin tərəfdarıdırlar. Ümidvaram ki, bu məsələyə digər dini rəhbərlər və alimlər də qoşulacaq və insanları Həcci boykot etməyə çağıracaqlar.

"Həccin boykotu kampaniyası"na qoşulan müsəlmanlar deyirlər ki, hazırda müsəlmanların Səudiyyə Ərəbistanını boykot etməkdən başqa çarəsi qalmayıb. Və Səudiyyə Ərəbistanı bu axmaqlığına, yəni Yəməndə günahsız insanları qətliam etməsinə son qoymalıdır.

Ani Zonneveld (qərargahı Amerikada yerləşən "Müsəlmanlar Öncül Dəyərlərin Xidmətində Təşkilatının rəisi) bu barədə deyib: Həccin fəlsəfəsi Allahla daha yaxın rabitə yaratmaq və ruhu saflaşdırmaqdır. Amma hazırkı şəraitdə Həccin mənası Yəməndə minlərlə günahsız insanı öldürən və aclıq üzləşdirən Səudiyyə Ərəbistanın qaniçən Ali-Səud rejimini dəstəkləməkdir.

Avstraliyanın "Viktoriya İslam Şurası"nın sədr müavini Adil Səlman kampaniyaya qoşulmasa da müsəlmanlara haqq qazandıraraq deyib ki, Yəməndəki böhranın və cinayətlərin məsulu Ərəbistandır.        

http://iqna.ir/fa/news/3830438

captcha