IQNA

Hindistanın müdafiə naziri İmam Hüseynin (ə) hərəminə hədiyyə göndərdi

17:23 - July 28, 2019
Xəbər sayı: 3485597
Hərəmin baş katibinin müavini Hindistan Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət heyətin cəlbedici çiçək motivləri ilə bəzədilmiş yaxşı hazırlanmış bir örtük hədiyyə aldıqlarını söyləyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın müdafiə naziri İmam Hüseynin (ə) mütəhhər hərəminə hədiyyə göndərib. İmam Hüseynin (ə) hərəminin baş katibinin müavini Əfzəl Əş-Şami Hindistan Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət heyətin cəlbedici çiçək motivləri ilə bəzədilmiş yaxşı hazırlanmış bir örtük hədiyyə aldıqlarını söyləyib.

O, əlavə edib ki, nümayəndə heyəti nazirin istəyinə əsasən, bayrağın hərəmə verilməzdən əvvəl İmam Hüseynin (ə) zərihinin üzərinə çəkilməsini xahiş etdi.

Əl-Şami deyib ki, tarix boyu müxtəlif dinlərdən və millətlərdən olan padşahlar, sultanlar və görkəmli şəxsiyyətlər tərəfindən İmam Hüseynə (ə) hədiyyələr göndərilib.

O, bayraq alındıqdan sonra Hindistanın müdafiə nazirinin adından saxlanıldığını və müqəddəs hərəmdə rəsmən qeydiyyata alındığını vurğulayıb.

captcha