IQNA

Nigeriyanın İslam Hərəkatının fəaliyyəti qadağan edildi

7:33 - July 30, 2019
Xəbər sayı: 3485602
Nigeriya hakimiyyəti hazırda həbsxanada olan Şeyx İbrahim Yəqub Zəkzakinin rəhbərlik etdiyi "Nigeriya İslam Hərəkatı"nın (İMN) fəaliyyətini qadağan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya hakimiyyəti hazırda həbsxanada olan Şeyx İbrahim Yəqub Zəkzakinin rəhbərlik etdiyi "Nigeriya İslam Hərəkatı"nın (İMN) fəaliyyətini qadağan etdi.

Bu barədə həftənin Bazar günü, 28 İyul 2019-cu il, Nigeriyanın prezident aparatı məlumat yayıb. Bu məlumatda deyilir:

"Nigeriya dövləti vəziyyət kontroldan çıxmamış "İslam Hərəkatı"nın əleyhinə addım atmalı və fəaliyyətlərini qadağan etməlidir. Əlbəttə bu qadağa dövlət qanunlarına əməl edən və sülhsevər şiə cəmiyyətinin məzhəbi ayinlərinin icra edilməsinə qarşı deyil. Bu təkcə zorakılıq, qətliam, xüsusi və ümumi əmlakların korlanmasının qarşısını almaq üçün görülmüş tədbirdir".

Qeyd edək ki, "Nigeriya İslam Hərəkatı"nın rəhbəri Şeyx İbrahim Zəkzaki 2015-ci ilin Dekabr ayının 13-də Nigeriya hərbiçilərinin "Bəqiyətullah Hüseyniyyəsi"nə hücumu zamanı yaralanıb və həbs edilib. Həmin tarixdən 2018-ci ilin Yanvar ayının 13-dək təkcə onun üçün ayırılmış həkim onun harada saxlanıldığını bilirdi. 2016-cı Nigeriya Ali Məhkəməsi 2016-cı ildə onun azad edilməsi barədə hökm çıxarsa da hakimiyyət bu hökmü icra etməyib.   

http://iqna.ir/fa/news/3830713

captcha