IQNA

İngilis qızdan sevdiyi müsəlman oğlan üçün inanılmaz fədakarlıq

8:37 - July 30, 2019
Xəbər sayı: 3485605
Yerli sakinlərin sözlərinə görə, xarici gəlin yaxşı evdar xanım, mehiban, mədəni və savadlıdır. Heç kəs ona “özgə”, “yad” gözü ilə baxmır. Bəyin valideynləri isə gəlinlərini “Cənnət” çağırırlar.

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyadan olan qadının sevgisi uğrunda atdığı addım eşidənləri valeh edir.

Belə ki, Ceyn adlı ingilis xanım Nurillohon adlı müsəlman kişi ilə ailə həyatı quraraq, Özbəkistanın Eşonquzar kəndinə köçüblər.

Cütlük xaricdə tanış olub. Qısa zamanda da ailə həyatı qurublar. Maraqlıdır ki, nə bəyin, nə də gəlinin valideynləri bu cür beynəlmiləl nigaha qarşı çıxıb, əksinə, onlar övladlarının seçimini dəstəkləyiblər.

Özbəkistana köçən Ceyn böyük həvəslə yerli adət-ənənəni öyrənərək, onlara uyğun yaşamağa başlayıb.

Yerli sakinlərin sözlərinə görə, xarici gəlin yaxşı evdar xanım, mehiban, mədəni və savadlıdır. Heç kəs ona “özgə”, “yad” gözü ilə baxmır. Bəyin valideynləri isə gəlinlərini “Cənnət” çağırırlar.

Teqlər: xarici gəlin ، özbəkistan ، hicab ، iqna
captcha