IQNA

11:18 - August 10, 2019
Xəbər sayı: 3485672
Son araşdırmaların nəticələri göstərir ki, keçən aylar ərzində Almaniyada radikal islamofob qruplar tərəfindən məscidlərə edilən hücumların sayı gözəçarpacaq dərəcədə çoxalıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son araşdırmaların nəticələri göstərir ki, keçən aylar ərzində Almaniyada radikal islamofob qruplar tərəfindən məscidlərə edilən hücumların sayı gözəçarpacaq dərəcədə çoxalıb.

İyul ayında Almaniyanın bəzi məscidləri bir neçə dəfə bomba qoyulacağı təhdidi ilə üzləşib və habelə hər iki gündə bir dəfə hansısa məscidə hücum qeydə alınıb.

Bu hücumların çoxu neo-nazilər tərəfindən baş verib. Onlar mühüm şəhərlərdəki məscidləri bomba qoyulacağı ilə təhdid ediblər. Təkcə İyul ayında məscidlərə 15 hücum qeydə alınıb. Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının (ZMD) məsdidi 20 dəfə təhdid edilib. Bir sıra məscidlərə hücum edilərək divarlarına İslam əleyhinə şüarlar yazılıb.

Bunlar təkcə polisə xəbər verilərək qeydə alınan hücumlardır, həqiqi rəqəmlər bundan daha çoxdur və həmçinin uzaq əyalətlərdəki məscidlərdən məlumat əldə edilməyib.  

İslamofob hücumların sayı çoxaldıqdan sonra bu ölkədə yaşayan müsəlmanlar dövlətdən bu iş üçün xüsusi polis dəstəsinin ayrılmasını tələb ediblər.

Qeyd edək ki, Almaniyanın 81 milyonluq əhalisinin 4.7 milyon nəfərini müsəlmanlar təşkil edirlər. Avropa ölkələri arasında Almaniya müsəlman cəmiyyəti saylarına görə Fransadan sonra ikinci yerdə durur.

http://iqna.ir/fa/news/3833638

 

Teqlər: Almaniya ، islamofobiya ، iqna ، ZMD ، Türkiyə
Ad:
E-poçt:
* Comment:
Ən çox müzakirə edilənlər