IQNA

15:07 - August 11, 2019
Xəbər sayı: 3485676
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Yəqub Zəkzakinin tərəfdarları İsveçin paytaxtı Stokholm şəhərində Nigeriyanın səfirliyi önündə aksiya keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Yəqub Zəkzakinin tərəfdarları İsveçin paytaxtı Stokholm şəhərində Nigeriyanın səfirliyi önündə aksiya keçiriblər.

Stokholmun İmam Əli (ə) adına İslam Mərkəzinin təşəbbüsü ilə dünən, həftənin Şənbə günü, Avqust ayının 10-da keçirilən aksiyada Şeyx Zəkzakinin tərəfdarları və Əhli-Beyt (ə) məktəbinin davamçıları iştirak ediblər.

Aksiya iştirakçıları Şeyx Zəkzakinin və həyat yoldaşının üzərindəki həbs hökmünün indiyədək götürülməməsinə etiraz ediblər. Onlar bildiriblər ki, Nigriya ali məhkəməsi iki il öncə (Dekabr, 2016) onların günahsız olduğu və azadlığa buraxılmaları barədə hökm çıxarsa da Nigeriya hakimiyyəti bu hökmü icra etmir.

Avqust ayının 5-də Nigeriya məhkəməsi onların Hindistana müalicə üçün göndərilməsi hökmünü çıxarsa da onlar hələ də məhbus sayılırlar.  

http://iqna.ir/fa/news/3834098

تجمع حامیان شیخ زکزاکی در سوئد + عکس

Ad:
E-poçt:
* Comment:
Ən çox müzakirə edilənlər