IQNA

23:34 - August 12, 2019
Xəbər sayı: 3485684
Bosniya və Hersoqovinanın "Rəisul-Üləma"sı Qurban bayramı münasibəti ilə müsəlmanların mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xamenei cənablarına təbrik məktubu ünvanlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Hersoqovinanın "Rəisul-Üləma"sı (Alimlər Heyətinin Rəisi) mübarək Qurban bayramı münasibəti ilə İran İslam İnqilabının rəhbəri və müsəlmanların mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xamenei cənablarına təbrik məktubu ünvanlayıb.

Bosniya və Hersoqovinanın "Rəisul-Üləma"sı (Alimlər Heyətinin Rəisi) və Bosniya və Hersoqovinanın İslam Cəmiyyətinin rəisi Hüseyn Kuvazoviç ayrılıqda iki məktub göndərərək Qurban bayramı münasibəti ilə İran İslam İnqilabının rəhbəri və müsəlmanların mənəvi lideri Həzrət Ayətullah Üzma İmam Seyyid Əli Hüseyni Xamenei cənablarını və İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhanini təbrik edib.

Hüseyn Kuvazoviç bu təbrik məktublarında mübarək Qurban bayramı münasibəti ilə İran millətini və bütün İslam ümmətini təbrik edib, Allahdan bütün millətlər üçün sağlamlıq və sabitlik diləyib.

http://iqna.ir/fa/news/3834390

Teqlər: iqna ، bosniya ، qurban bayramı ، Xamenei
Ad:
E-poçt:
* Comment:
Ən çox müzakirə edilənlər