IQNA

9:19 - August 14, 2019
Xəbər sayı: 3485692
İslami qaynaqlar və Qurani-Kərimin təfsiri əsasında yazılmış bu tematik ensiklopediya Quran ayələrindən zorakılıq, radikallıq və terrorizim üçün sui-istifadə edənlərə cavab olaraq çap edilmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə Qurani-Kərim və İslam dini baxımından sülh və qadın hüquqları barədə tematik ensiklopediya çap və nəşr edildi.

İslami qaynaqlar, əsasən də Qurani-Kərim ayələrinin təfsiri əsasında yazılmış bu tematik ensiklopediya Quran ayələrindən zorakılıq, radikallıq və terrorizim üçün sui-istifadə edənlərə cavab olaraq çap edilmişdir.

İngilis dilində 7000 səhifədə nəşr edilmiş bu kitabda Quran ayələri bir neçə mövzu əsasında təsnif edilmiş, sülh və qadın hüquqlarına xüsusi yer ayrılmışdır.

Qurani-Kərimdə 114 surə və 6 mindən çox ayə vardır. Bu müqəddəs kitabın mövzu əsasında təsnif edilməsi oxucuya bir mövzu barədə olan bütün ayələri gözdən keçirmək imkanı verir. Bu isə Quranın hansısa ayəsini təklikdə əsas götürərək qeyri-müsəlmanlar əleyhinə radikal və zorakı davranış sərgiləməyin qarşısını alır və hansısa ayədən təklikdə məqsədyönlü istifadəyə imkan vermir.

Qeyd edək ki, "Qadın hüquqları və sülh Quran ensiklopediyası" Pakistan əsilli alim Məhəmməd Tahir Qadiri tərəfindən toplanmışdır. O, həm siyasətçi, həm də din alimidir. Həmçinin indiyədək radikalizmlə müxtəlif yollarla mübarizə aparmış "Mənhəcul-Quran" cəmiyyətini təsis etmişdir.

O, Qurani-Kərimin İngilis dilinə yeni tərcüməsi və mövzular əsasında təsnifi üçün 3 il vaxt sərf etmiş və bu ensiklopediyanı 7000 min səhifədə yazmışdır.     

http://iqna.ir/fa/news/3834610

Ad:
E-poçt:
* Comment:
Ən çox müzakirə edilənlər