IQNA

9:32 - August 14, 2019
Xəbər sayı: 3485693
Şeyx Zəkzaki və xanımının xəstəxanaya yerləşdirilməsi uğurlu olmayıb. Onları hava limanında aldadaraq əvvəlcədən razılaşdırılmış xəstəxanaya və həkim heyəti deyil, başqa bir yerə aparıblar.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Şeyx İbrahim Zəkzakinin İran İslam Respublikasındakı ofisinə istinadla verdiyi xəbərə görə, Nigeriya şiələrinin İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki və xanımı dünən, həftənin ikinci günü, 13 Avqust 2019-cu il, Hindistanın paytaxtı Yeni Dehli şəhərinə çatıblar.

Məlumatda deyilir ki, Şeyx Zəkzaki və xanımının xəstəxanaya yerləşdirilməsi uğurlu olmayıb. Onları hava limanında aldadaraq əvvəlcədən təyin edilmiş və razılaşdırılmış xəstəxanaya və həkim heyəti deyil, başqa bir yerə aparıblar.  

Əldə edilən məlumat bunu göstərir ki, bu məsələ Nigeriya təhlükəsizlik qüvvələrinin (NİA) öncədən hazırladığı plan əsasında həyata keçirilib.

Şeyx Zəkzaki və xanımın otağı qarşısında Hindistan polis nəfərləri keşik çəkir və onların hər bir hərəkətini nəzarətdə saxlayırlar, Şeyxin və xanımın başına qışqırır və pis rəftar edirlər.

Nigeriya dövləti, xüsusilə də təhlükəsizlik qüvvələri Şeyx Zəkzaki və xanımının sağlamlığı barədə qarşıya çıxacaq mənfi hallar üçün cavab verməli olacaqlar.

http://iqna.ir/fa/news/3834787

Ad:
E-poçt:
* Comment:
Ən çox müzakirə edilənlər