IQNA

9:52 - August 14, 2019
Xəbər sayı: 3485694
Səudiyyə Ərəbistanının Həcc İşləri İdarəsinin hesabatına əsasən, bu il (2019) Avropa, Amerika və Avstraliya ölkələrində yaşayan 232 min 652 nəfər müsəlman Məscidul-Həramı ziyarət edərək "hacı" olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Həcc İşləri İdarəsinin hesabatına əsasən, bu il (2019) Avropa, Amerika və Avstraliya ölkələrində yaşayan 232 min 652 nəfər müsəlman Məscidul-Həramı ziyarət edərək "hacı" olublar.

Bu hesabata görə, cari ilin Həcc mövsümündə 42 Avropa ölkəsindən 157 min nəfər "hacı" olub. Avropalı hacıların ən çoxu Türkiyə, İngiltərə, Rusiya, Fransa və Hollandiyadan olub.  

Şimali Amerikadan, ABŞ və Kanadan gələn hacıların sayı isə 46 min 479 nəfərdir.  

Avstraliya, Yeni Zelandiya, Fici və Süleyman adalarından gələn hacıların sayı isə ümumilikdə 3 min 897 nəfər olub ki, bundan da 3 min 347 nəfəri təkcə Avstraliyanın payına düşüb.

Ən az hacı isə Latin Amerikasından olub. Onların sayı ümumi 4 nəfəri keçməyib: 3 nəfər Venezuela və 1 nəfər Brazilya.

Mərkəzi Amerika və Karib Dənizi regionunda yerləşən 10 ölkədən isə 370 nəfər hacı adını qazanıblar.  

Həmin hesabatın davamında Mərkəzi Asiya ölkələri olan Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Türkmənistanda isə cari ilin Zil-Hiccə ayında 24 min 603 nəfərin Kəbə evini ziyarət etdiyi deyilir.   

http://iqna.ir/fa/news/3834692

Ad:
E-poçt:
* Comment: