IQNA

23:01 - August 14, 2019
Xəbər sayı: 3485696
Kəşmirin muxtariyyəti ləğv edilməsinin ardınca Hindistan dövləti bu bölgədə giriş-çıxışa məhdudiyyət qoymuşdur. Bölgənin məktəbləri tətil edilib və rabitə və informasiya vasitələri kəsilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Yeni Dehli hakimiyyətinin Kəşmirin muxtariyyətini ləğv etdikdən sonra bu regionda dərman və qida qıtlığı yaranıb.

Kəşmirin muxtariyyəti ləğv edilməsinin ardınca Hindistan dövləti bu bölgədə təhlükəsizlik qüvvələrini çoxaltmış və giriş-çıxışa məhdudiyyət qoymuşdur. Bölgənin məktəbləri tətil edilib və rabitə və informasiya vasitələri kəsilib.

Bu vəziyyət Hindistan dövlətinin müstəqillik gününün ildönümünədək davam edəcəkdir. Buna görə də Kəşmirin müxtəlif şəhərlərində insanların toplantısı təhlükəsizlik qüvvələri tərəfindən nəzarətdə saxlanılır. Qurban bayramı günü bəzi müsəlmanlar namazlarını məscidlərdə qıla bilməyiblər.

Kəşmirin təhlükəsizlik qüvvələri ilə mühasirə edilməsi dərman və qida məhsullarının qıtlığına səbəb olub. Hətt bəzi mağazalar satılıq şeyləri olmadığı üçün bağlanıb. Bundan əlavə baklar da fəaliyyətini dayandırıb.   

http://iqna.ir/fa/news/3834977

Teqlər: iqna ، kəşmir ، dərman ، qida ، hindistan
Ad:
E-poçt:
* Comment:
Ən çox müzakirə edilənlər