IQNA

Quran oxumaq Fransalı şoferi bəlaya saldı

10:25 - August 16, 2019
Xəbər sayı: 3485700
Fransanın cənub şosesində avtobus şoferinin uyğunsuz bir zaman və məkanda Quran oxuması ona başağrısı oldu. Sürücü hərəkət halında Quran oxuduğu və təhlükəsizlik kəmərini taxmadığı üçün saxlanılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın cənub şosesində avtobus şoferinin uyğunsuz bir zaman və məkanda Quran oxuması ona başağrısı oldu.

Mərakeşli müsafirləri Fransadan İspaniyaya keçərək vətənlərinə aparacaq bu avtobus İspan polisi tərəfindən saxlanılıb.  

Fransa şosesində hərəkət edən Mərakeş avtobusunun şoferi hərəkətdə olan halda Quran qiraət etməyə başlayıb və bundan əlavə təhlükəsizlik kəmərini də bağlamayıb. Sürücünün bu vəziyyəti həvəskarlar tərəfindən kameraya çəkilərək İspaniya göndərilib.

İspaniya polisi müsafirlər və digər sürücülər üçün real təhlükə vəziyyəti yaratdığına görə onu həbs edib. Sürücü cəriməsini ödəmək üçün prokurorluğa göndərilib.

http://iqna.ir/fa/news/3835213

Teqlər: iqna ، quran ، İspaniya ، fransa ، sürücü ، mərakeş
captcha