IQNA

10:18 - August 18, 2019
Xəbər sayı: 3485705
Rusiyanın bir neçə elmi və mədəni təşkilatının həmkarlığı ilə ərsəyə gətirilmiş "İslam dini və İran mədəniyyəti baxışında musiqi" kitabı çap və nəşr edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın bir neçə elmi və mədəni təşkilatının həmkarlığı ilə ərsəyə gətirilmiş "İslam dini və İran mədəniyyəti baxışında musiqi" kitabı çap və nəşr edildi.

Musiqini İslam dini və qədim İran mədəniyyəti baxımından araşdıran məqalələr toplusu olan bu kitab Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin Elmlər Akademiyası, Rusiyanın İbn Sina Fondu, Moskvanın Mərcani Fondu, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq institutunun və Rusiya Musiqi Akademiyasının həmkarlığı ilə hazırlanıb və Moskvanın "Sədra Nəşriyyatı" tərəfindən çap və nəşr edilib.

Kitabdakı məqalələrin tərcüməsini Gibadulin Venurik və xanım Nataliya Tarik yerinə yetiriblər və elmi redaktorluğunu xanım Namira Canizadə öhdəsinə almışdır.

Kitabdakı məqalələr müxtəlif dillərdə İran, Almaniya, Rusiya, Fransa və Özbəkistanlı araşdırmaçılar tərəfindən qələmə alınıb.

Yazarlar musiqini İslam dini baxımından araşdırıblar. Musiqini hüquqi, əqidəvi, ədəbi, tarixi, sosioloji və estetika baxımından incələyiblər.  

http://iqna.ir/fa/news/3835609/

Ad:
E-poçt:
* Comment: