IQNA

17:46 - August 19, 2019
Xəbər sayı: 3485711
"Həlifə Altay" adına yeni təsisl edilmiş İslam Mədəniyyəti Muzeyi keçən həftən Qurban bayramı münasibəti ilə Şərqi Qazaxıstan əyalətində açılıb. Bu muzeydə müxtəlif tarixi və mədəni əsərlər qorunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın yeni təsis edilmiş İslam Mədəniyyəti Muzeyində dünyanın müxtəlif dillərinə tərcümə edilmiş rəqəmsal Quran nüsxələri saxlanılır.

"Həlifə Altay" adına yeni təsisl edilmiş İslam Mədəniyyəti Muzeyi keçən həftən Qurban bayramı münasibəti ilə Şərqi Qazaxıstan əyalətində açılıb. Bu muzeydə müxtəlif tarixi və mədəni əsərlər qorunur.

Muzeydə Qazaxıstanın milli adət-ənənələri və İslam tarixinə aid əsərlər sərgiyə çıxaralıb. Bunların arasında Qurani-Kərimin Ərəb, İngilis, Qazax və Rus dillərində rəqəmsal nüsxələri də var.

Muzeyin bir neçə bölməsi var: Qazaxıstan milli tarixi, İslamın bu ərazidə yayıldığı tarix və müasir Qazaxıstan tarixini ehtiva edən əsərlər bölməsi.

Bu muzeydə son iki yüz ilin əlyazma nüsxələrini görmək olur. Bunların arasında İngiltərə və Türkiyə universitetlərindən gətirilmə tarixi əlyazmalardan Yəsəviyyə təriqətinin başçısı, sufi və Türk şairi Əhməd Yəsəvinin "Hikmət" divanı və Oğuznamə (Dədəqorqud) dastanının əlyazma nüsxələri var.   

http://iqna.ir/fa/news/3836101/

نگهداری قرآن‌های دیجیتال در موزه تازه تأسیس قزاقستان

Teqlər: türkiyə ، qazaxıstan ، quran ، iqna ، sufi ، yəsəvi ، muzey
Ad:
E-poçt:
* Comment: