IQNA

14:53 - August 20, 2019
Xəbər sayı: 3485718
Rusiya federasiyasının paytaxtı Moskva şəhərində müttəqilərin mövlası həzrət İmam Əli ibn Əbi Talibin (ə) İlahi imamət və vilayət məqamına seçilməsi gün münasibəti ilə bayram mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskva şəhərində müttəqilərin mövlası həzrət İmam Əli ibn Əbi Talibin (ə) İlahi imamət və vilayət məqamına seçilməsi gün münasibəti ilə bayram mərasimi keçirilib.

Peyğəmbərin (s) Vida Həccindən sonra, Hicrətin 10-cu ilinin Zil-Hiccə ayının 18-də Qədir-Xum çölündə baş vermiş bu hadisə şiələr tərəfindən "Qədir-Xum" bayramı olaraq keçirilir.

Bu hadisədə Peyğəmbər (s) Allahın əmri ilə İmam Əlini (ə) özündən sonra canişin və müsəlmanların rəhbəri olara elan edir. Bütün səhabələr bu barədə İmam Əliyə (ə) təbrik deyir və beyət edirlər. Hədislərə əsasən həmin gün 120 min nəfər səhabə İmam Əliyə (ə) beyət etmişdi.

Rusiyanın Moskva şəhərinin Xatəmul-Ənbiya məscidində keçirilən Qədir-Xum bayramı şənliyində İmam Əlinin (ə) şənində şerlər və mədhiyyələr oxunub, həmçinnin sual-cavab yarışları keçirilib.    

http://iqna.ir/fa/news/3836371

برگزاری جشن عید غدیر در مسجد خاتم‌الانبیاء مسکو

برگزاری جشن عید غدیر در مسجد خاتم‌الانبیاء مسکو

Ad:
E-poçt:
* Comment: