IQNA

İtaliyanın Dostluq Forumu çərçivəsində:
8:50 - August 21, 2019
Xəbər sayı: 3485720
Relief, Qulluq və İnkişaf üzrə Beynəlxalq Assosiasiya İtaliyada keçirilən "Dostuluq Forumu" çərçivəsində İslam məfhumunun qərb mediasında düzgün anlaşılması və çatdırılması hədəfi ilə səgri təşkil edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Relief, Qulluq və İnkişaf üzrə Beynəlxalq Assosiasiya (İARC) İtaliyanın şərqində yerləşən Reymini şəhərində keçirilən "Dostuluq Forumu" çərçivəsində İslam məfhumunun qərb mediasında düzgün anlaşılması və çatdırılması hədəfi ilə səgri təşkil edib.  

Bu sərgi İslam Dünyası Birliyinin baş katibi Məhəmməd ibn Əbdülkərim əl-İsinin, "Millətlərarası Dostluq Təşkilatı"nın rəisi Emiliya Guvarneri və digər mədəni, elmi və siyasi şəxsiyyətlərin iştirakı ilə İtaliyanın Reymini şəhərinin "Millətlərarası Dostluq Təşkilatı"nın qərargahında açılıb.

Sərginin əsas hədəfi qərb mediasında yanlış çatdırılan İslam məfhumunun zehnlərdə yaratdığı yanlış təsəvvürü islah etmək, İslami dəyərləri aşılamaq və İslam dininin rəhmət və sülh dini olduğunu göstərməkdir.

Sərgidə Relief, Qulluq və İnkişaf üzrə Beynəlxalq Assosiasiyanın (İARC) dünyanın müxtəlif ölkələrində məscid, məktəb və sığınacaq tikmək kimi həyata keçirdiyi humanitar işlərin fotoları da nümayiş olunub.

http://iqna.ir/fa/news/3836361

Ad:
E-poçt:
* Comment: