IQNA

22:13 - August 21, 2019
Xəbər sayı: 3485724
Beynəlxalq məscid gününün 21 avqusta təsadüf etməsi, 50 il öncə Fələstində əl-Əqsa məscidinin radikal yəhudilər tərəfindən yandırılması ilə bağlıdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il Avqust ayının 21-i İslam ölkələrində beynəlxalq məscid günü kimi qeyd edilir.
Beynəlxalq məscid günü münasibətilə bir çox islam ölkələrində mərasimlər və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Beynəlxalq məscid gününün 21 avqusta təsadüf etməsi, 50 il öncə Fələstində əl-Əqsa məscidinin radikal yəhudilər tərəfindən yandırılması ilə bağlıdır.
Qeyd edək ki, Qüdsün şərq hissəsinin işğalından iki il sonra, yəni 1969-cu ilin Avqust ayının 21-də müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidi avstraliyalı yəhudi Denis Maykl Ruhan tərəfindən od vurularaq yandırılıb.   Bu hadisədən 50 il keçməsinə baxmayaraq o yanğının od-alovu hələ də müsəlman ümmətinin, xüsusilə də fələstinlilərin ürəklərində ləkə olaraq qalıb.   
Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ildə od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.   Tarixi sənədlərə görə, yanğının təsiri böyük olduğundan həmin gün Əqsa məscidinin şərq hissəsindəki mədrəsə də yanıb. Orada olan bütün tarixi əşyalar və Quran nüsxələri külə döndü. Məscidin binası ağır zərbə aldığından təmiri uzun illər vaxt apardı.  
Bildirək ki, həmin tarixdə Əl-Əqsa məscidininin radikal sionistlər tərəfindən yandırılması dünyada əks səda salıb və məhz bu hadisədən sonra islam ölkələri “İslam Konfransı Təşkilatı”nın yaradılması zəminində ittifaqa giriblər və bu təşkilat 1971-ci ildə ərsəyə gəlib.
بازخوانی جنایت آتش‌سوزی مسجدالاقصی پس از نیم قرن
به بهانه سالروز آتش زدن مسجدالاقصی
 
 
 
Teqlər: iqna ، qüds ، məscid günü ، əqsa
Ad:
E-poçt:
* Comment: