IQNA

23:34 - August 21, 2019
Xəbər sayı: 3485726
Almaniyanın Lindau şəhərində "Dinlər sülhün xidmətində" 10-cu beynəlxalq konfrans müxtəlif ölkələrin dini rəhbərlərinin nümayəndələrinin işitrakı ilə öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Lindau şəhərində "Dinlər sülhün xidmətində" 10-cu beynəlxalq konfrans müxtəlif ölkələrin dini rəhbərlərinin nümayəndələrinin işitrakı ilə öz işinə başlayıb.

İran İslam Respublikasının da iştirak etdiyi bu konfransa müxtəlif ölkələrdən dini şəxsiyyətlər, din alimləri və araşdırmaçılar toplanıb.

"Dinlər sülhün xidmətində" konfransı dünən, həftənin ikinci günü, 20 Avqust 2019-cu il başlayıb və dörd gün davam edəcək.

Konfransa toplaşan müsəlman, xsristian, yəhudi, hindu, buddist, seyk və zərdüşt alimləri və dini rəhbərləri dinlərin insanların yaxınlaşdırılmasında və bəşəriyyətin gələcəyində rolu barədə müzakirə edəcəklər.

Konfransda müxtəlif dinlərin 800 nəfərdən çox nümayəndəsi, bundan əlavə dünyanın 125 ölkəsindən 100 dövlət nümayəndəsi və 100 qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Konfransın təşkilatçıları dini cəmiyyətlərin bəşəriyyətin sülh içində yaşaması, müxtəlif dinlərin davamçılarının biri-birinə olan küdurətinin aradan götürülməsi və millətlərin müştərək maraqları üçün həmkarlıqlarının faydalı olacağını düşünürlər.

Qeyd edək ki, bu toplantı "Dinlər Sülhün Xidmətində Təşkilatı"nın (RFP) təşəbbüsü ilə keçirilir. Bu təşkilat dünyanın ən böyük dini birliyidir. Birliyin 100 beynəlxalq şöbəsi, bir ümumdünya şöbəsi və altı dinlərarası məcmuəsi var.

http://iqna.ir/fa/news/3836666

آغاز دهمین کنفرانس «ادیان در خدمت صلح» در آلمان

آغاز دهمین کنفرانس «ادیان در خدمت صلح» در آلمان

 

Ad:
E-poçt:
* Comment: