IQNA

12:28 - August 24, 2019
Xəbər sayı: 3485734
Quran hifzi mədrəsəsinin açılış mərasiminə Ərəb ölkələrindən nümayəndə heyətləri, o cümlədən Misr prezidentinin dini işlər üzrə məsləhətçisi Üsamə əl-Əzhəri də qatılıb.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının Çeçenistan muxtar respublikasında yeddinci Quran hifzi təlimi mədrəsəsi istifadəyə verilib.

Mədrəsənin açılış mərasimi Çeçenistanın Şali şəhərində yenincə istifadəyə verilmiş "Fəxrul-Müslimin" məscidinin açılışı çərçivəsində keçirilib.

"Şeyx Duridi" adını daşıyan bu mədrəsənin açılış mərasmində Çeçenistanın prezidenti Ramazan Kadirov da iştirak edib.

Mədrəsənin açılış mərasiminə Ərəb ölkələrindən nümayəndə heyətləri, o cümlədən Misr prezidentinin dini işlər üzrə məsləhətçisi Üsamə əl-Əzhəri də qatılıb.

Açılış mərasimi çərçivəsində 26 ölkənin iştirakı ilə keçirilən Rusiya beynəlxalq Quran yarışlarının qalibləri də mükafatlandırılıblar.

Qeyd edək ki, Çeçenistanın ilk prezidenti Şeyx Əhməd Haci Kadirovun nəvələrindən 11 nəfəri Quran hafizidir. Onların yeddisi indiki prezident Ramazan Kadirovun övladıdır.

http://iqna.ir/fa/news/3836939

افتتاح هفتمین مدرسه آموزش حفظ قرآن در چچن
 
افتتاح هفتمین مدرسه آموزش حفظ قرآن در چچن
Ad:
E-poçt:
* Comment: