IQNA

18:55 - August 24, 2019
Xəbər sayı: 3485736
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "Quran Bağçası" 2019-cu ildə dünyada turistləri cəlb edən 100 görməli yerdən biri elan edilib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "Quran Bağçası" 2019-cu ildə dünyada turistləri cəlb edən 100 görməli yerdən biri elan edilib.  

Bu barədə Amerikanın "times" qəzetindəki "2019-cu ildə turistlərin ən çox səfər etdiyi 100 yer" adlı məqalədə məlumat verilib.

Bu Quran bağçasında Qurani-Kərimdə adı çəkilən müxtəlif meyvə, bitki və ağaclardan nümənələr əkilib və tablolarda təsvir edilib. Quran dastanlarının elmi ecazkarlığı əsasında hazırlanmış bu bağçada 12 gülüstan və 7 möcüzə kompelksi nümayiş olunub.

Bağçada asılan tablolarda Quranda açı çəkilən ağac, bitki və meyvələrin tibbi faydaları barədə məlumat verilib.

Dubayın Quran bağçası 64 hektar ərazidə salanıb. Bu bağçanın salınması üçün 200 milyon dirhəm vəsait xərc edilib.

http://iqna.ir/fa/news/3836982

Ad:
E-poçt:
* Comment: