IQNA

10:37 - August 25, 2019
Xəbər sayı: 3485742
Malaziyanın 63. Milli Qurani-Kərim Yarışları gələn ilin (2020) Fevral ayında keçiriləcək. Bu barədə Malaziyanın Sabah əyalətinin baş naziri Məhəmməd Şafei Apdel xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın 63. Milli Qurani-Kərim Yarışları gələn ilin (2020) Fevral ayında keçiriləcək.

Bu barədə Malaziyanın Sabah əyalətinin baş naziri Məhəmməd Şafei Apdel xəbər verib.

Onun dediklərinə görə, Malaziyanın baş naziri Mahatir Məhəmməd bu yarışların açılış mərasimində iştirak edəcək.

2020-ci ilin Fevral ayının 14-dən 21-dək keçiriləcək bu yarışlarda 112 nəfər iştirak edəcək. İştirakçıların 84 nəfəri Quranın hifzi və 28 nəfəri Quranın peşəkar qiraəti üzrə yarışacaqlar.  

Qeyd edək ki, Malaziya Milli Quran Yarışları dünyanın məşhur Quran yarışlarından biridir və 1960-cı ildən keçirilir.

http://iqna.ir/fa/news/3837135

Ad:
E-poçt:
* Comment: