IQNA

Cənubi Koreyada "Halal Qida Məhsullar" festivalı keçiriləcək

0:30 - August 31, 2019
Xəbər sayı: 3485756
Cənubi Koreyanın restoranlarında "Halal Qida Məhsulları" festivalı başlayır. Ölkənin 40 əhəmiyyətli turizm regionunda 152 restora müsəlman turistlərə xüsusi endirimlə müxtəlif halal yeməklər təqdim edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn həftə Cənubi Koreyanın restoranlarında "Halal Qida Məhsulları" festivalı başlayır.

Cənubi Koreya son illərdə müsəlman ölkələrin turistlərini cəzb etmək və müsəlman turistlərin halal qida problemlərini azaltmaq üçün halal qida məshulları sahəsində önəmli proqramlar icra etmişdir. "Halal Qida Məhsulları" festivalı da hər il bu ölkənin Turizm Nazirliyinin təşəbbüsü ilə həmin proqramlar çərçivəsində keçirilir.

Cənubi Koreyanın 40 əhəmiyyətli turizm regionunda 152 restora müsəlman turistlərə xüsusi endirimlə müxtəlif halal yeməklər təqdim edirlər.

Bu məqsədlə Turizm Nazirliyinin Malaziya, Türkiyə, Qazaxıstan, BƏƏ, Hindistan və İndoneziya ölkələrindəki ofisləri müsəlman turistlərə öncədən endirim kuponları verirlər.

Qeyd edək ki, bu festival Sentyabr ayının birindən başlayır və iki ay davam edəcəkdir.   

http://iqna.ir/fa/news/3838590

captcha