IQNA

İmran Xan Kəşmirdə yaşayan müsəlmanların qətliam edilməsinə etiraz edib

9:26 - August 31, 2019
Xəbər sayı: 3485760
Pakistanın baş naziri İmran Xan Kəşmirdə yaşayan müsəlmanların Hindistan silahlı qüvvələri tərəfindən qətliam və soyqırım edilməsinə etiraz edərək bu barədə nigarançılığını bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın baş naziri İmran Xan Kəşmirdə yaşayan müsəlmanların Hindistan silahlı qüvvələri tərəfindən qətliam və soyqırım edilməsinə etiraz edərək bu barədə nigarançılığını bildirib.

Dünən, həftənin Cümə günü, 30 Avqust 2019-cu il, Pakistanın müxtəlif şəhərlərində Hindistan dövlətinin Kəşirdəki zülmləri əleyhinə etiraz aksiyaları keçirilib.

Pakistanın baş naziri İmran Xan İslamdabadda keçirilən aksiyalarda çıxış edərək öz Hindistanlı həmkarı Narindra Mudini və dövlətini "faşist" adlandırıb.

İmran Xan Hindistanın kontrolunda olan Kəşmirdə soyqırımı faciəsi yaşanma ehtimalının olduğunu deyib və hətta Hindistanın Pakistanın kontrolunda olan Kəşmirə də hücum edəcəyini istisna etməyib.

İmran Xan ölkəsinin hər bir hücumu qarşılamağa hazır olduğunu bildirərək vurğulayıb: Əgər belə bir hücum baş verərsə, Hindistan öz münasib cavabını alacaqdır.

O əlavə edib: Kəşmirin tam azad ediləcəyi günədək Hindistana təzyiqlərimiz davam edəcək.

http://iqna.ir/fa/news/3838626

Teqlər: iqna ، pakistan ، kəşmir
captcha