IQNA

Beynəlxalq Əfv Təşkilatından çağırış: ‘Kəşmirin danışmağına icazə verin’

12:31 - September 06, 2019
Xəbər sayı: 3485771
Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Cammu Kəşmirdə 1 aydır insanların rabitə vasitələrindən məhrum edilməsinin “zalımcasına” və “təməl insan haqlarına hücum” olduğunu açıqlayıb.
Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Cammu Kəşmirdə 1 aydır insanların rabitə vasitələrindən məhrum edilməsinin “zalımcasına” və “təməl insan haqlarına hücum” olduğunu açıqlayıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qurum Kəşmirdəki vəziyyətin kritik həddə olduğuna diqqət çəkmək üçün “Kəşmirin danışmağına icazə verin” (#LetKashmirSpeak) adlı sosial kampaniyaya start verib.
 
Açıklamada, iletişim karartmasının başlamasının birinci ayına işaret etmek amacıyla (Keşmir'in konuşmasına izin verin) şeklinde kampanya başlatıldığı bildirildi.
 
Qeyd edək ki, Cammuş Kəşmir 1947-ci ildən bəri avtonom idarəetmə statusunda idi. Bu sayədə Cammu Kəşmir öz qanunlarını çıxarda bilirdi. Bundan başqa, əcnəbilərə buraya köçməyə və vətəndaşlıq almağa icazə verilmirdi. Hindistan isə 5 avqustda xüsusi statusu ləğv edib və Cammu Kəşmiri iki hissəyə bölüb.
 
Pakistan BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsini istəyir.
Teqlər: hindistan ، kəşmir ، iqna
captcha