IQNA

12:37 - September 06, 2019
Xəbər sayı: 3485773
Bəhreyndə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Əhli-Beyt (ə) alimlərini idarəyə çağıraraq, İmam Hüseyn (ə) məclislərində xütbə söylədikləri üçün həbs ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Əhli-Beyt (ə) alimlərini idarəyə çağıraraq, İmam Hüseyn (ə) məclislərində xütbə söylədikləri üçün həbs ediblər.
Ali Xəlifə rejimi bu ildə də xalqın Məhərrəmliklə bağlı hazırlıqlarının qarşısını almağa cəhd edir. Belə ki, sentyabrın 4-ündə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri 4 Əhli-Beyt (ə) alimini idarəyə çağıraraq, onlardan ikisini həbs edib.
 
Sosial şəbəkədəki bəhreynli fəallar Əhli-Beyt (ə) alimləri Şeyx Muhsin Əl-Cəmri, Şeyx Munir Əl-Mutuk, Molla Qasım Zeynuddin və Şeyx Mahmud Əl-Əciminin polisə çağırılan alimlər olduğunu yazıblar. Fəallar Şeyx Muhsin Əl-Cəmri, Şeyx Munir Əl-Mutukun sərbəst buraxıldığını, digər iki alimin isə istintaq başa çatana qədər həbsdə saxlanıldığı xəbərini verirblər.
 
Qeyd edək ki, Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri ölkənin bir çox şəhərində, küçələrə və prospektlərə yerləşdirilən matəm bayraqları və Aşura rəmzlərini yığışdırıblar.
 
Bahraini al-Yawm saytının xəbərinə əsasən, təhlükəsizlik qüvvələri bir neçə gün əvvəl Sitra və Nuvidrat şəhərlərində matəm rəmzlərinin yığışdırılması ilə bağlı “əməliyyat” keçirmişdir.
Ad:
E-poçt:
* Comment: