IQNA

13:13 - September 07, 2019
Xəbər sayı: 3485786
Keçən bir il (2018-2019) ərzində Əfqanıstan terror hücumları və daxili qarşıdurmalar nəticəsində 16 min 700 nəfər insan ölüb və yaralanıb. Ölənlərin çoxu terrir hücumları zamanı qarşıdurmalarda ölüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən bir il ərzində Əfqanıstan terror hücumları və daxili qarşıdurmalar nəticəsində 16 min 700 nəfər insan ölüb və yaralanıb.

Bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Əfqanıstanın Səhiyyə Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Mirleys Mustafa deyib: 2018-ci ilin Sentyabr ayının birindən 2019-cu ilin Sentyabr ayının birinədək ölkədə baş verən 717 terror və qarşıdurmada 16 min 621 nəfər ölən və yaralanan olub.

O əlavə edib: Terror hücumları və qarşıdurmalar nəticəsində 3 min 110 nəfər həyatını itirib, 13 min 511 nəfər isə yaralanıb. Ölənlərin 141 nəfəri qadın, 2 min 270 nəfəri isə kişi olub. Habelə yaralıların min iki yüz qırx bir nəfəri qadın və 12 min 270 nəfəri isə kişidir.  

http://iqna.ir/fa/news/3840499

Teqlər: Əfqanıstan ، terror ، iqna ، taliban
Ad:
E-poçt:
* Comment: