IQNA

16:26 - September 07, 2019
Xəbər sayı: 3485788
Sionist rejimi İsrailin hərbi hava qüvvələrinin bombardmançı təyyarəsi bu gün, həftənin Şənbə günü, 7 Sentyabr 2019-cu il, Qəzza zolağında HƏMAS İslam Müqaviməti Hərəkatının mövqelərini bombalayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist rejimi İsrailin hərbi hava qüvvələrinin bombardmançı təyyarəsi bu gün, həftənin Şənbə günü, 7 Sentyabr 2019-cu il, Qəzza zolağında HƏMAS İslam Müqaviməti Hərəkatının mövqelərini bombalayıb.

Yerli sakinlərin və şahidlərin verdiyi məlumata əsasən, sionist rejiminin hərbi təyyarəsi Qəzza zolağının şərqində yerləşən "Həy Şücaiyyə" və "Beyt Lahiya" şəhərinin şimalında Fələstin İslam Müqaviməti güclərinin mövqelərinə havadan zərbə endirib.

İsrail rejiminin mediası xəbəri təsdiqələyərək bu hücumun Fələstinlilərin raket atəşlərinə cavab olduğunu bildirib.

Qeyd edək ki, dünən (6 Sentyabr 2019), həftənin Cümə günü, "qayıdış yürüşü" keçirilən fələstinlilər İsrail hərbiçiləri tərəfindən atəşə tutulub. Yürüş zamanı 76 fələstinli yaralanıb.  

http://iqna.ir/fa/news/3840608

Ad:
E-poçt:
* Comment: