IQNA

11:27 - September 12, 2019
Xəbər sayı: 3485806
Fələstində yaşayan yaşlı qadınların bir çoxu yaşlarının çoxluğuna baxmayaraq Qurani-Kərimi əzbərləməyə müvəffəq olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstində yaşayan yaşlı qadınların bir çoxu yaşlarının çoxluğuna baxmayaraq Qurani-Kərimi əzbərləməyə müvəffəq olublar.

Yaşları əllini ötmüş bu xanımlar özləri Qurani-Kərimi və qitaət qaydalarını öyrəndikdən və əzbərlədikdən sonra hazırda Quran müəssisələrində Quranın təlimi ilə məşğuldurlar.

Hazırda İordaniya çayının qərb sahillərində yerləşən "Darul-Hüda" Quran təlimi mərkəzində 50-dən çox yaşlı xanım Qurani-Kərimin hifzi dərslərində iştirak edir.

Bu xanımlardan biri də hazırda 62 yaşı Ümmü Süfyan adlı xanımdır. O, Dura şəhərində yaşayır. Quranı 54 yaşında əzbərləməyə başlayıb və üç il ərzində hafiz olmağı bacarıb.

Fələstinin İslami Fondlar Nazirliyinin nəzdində fəaliyyət göstərən əl-Hüda Quran Hifzi Təlimi Mərkəzində 350 qadın və kişi Quran öyrənir. Onlardan bəziləri bütün Quranı və bəziləri də müəyyən cüzləri əzbərləməyə nail olublar.   

http://iqna.ir/fa/news/3841570


 
بانوان سالمند فلسطینی حافظ قرآن شدند 
 
بانوان سالمند فلسطینی حافظ قرآن شدند 
 
Ad:
E-poçt:
* Comment: