İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskva şəhərində "İslam dini 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Rusiya imperatorluğunun təbrik kartlarının üzərində" sərgisi keçiriləcək.
Rusiya federasiyası müsəlmanlar ruhanilər idarəsi, Moskva İslam İnstitutu və "Mədinə" media holdinginin həmkarlığı ilə keçirilən bu sərgi Sentyabr ayının 20-dən Oktyabr ayının 20-dək davam edəcək.
Bu sərgi Moskva Came Məscidinin tikilməsinin 115-ci, Rusiya Müsəlman Ruhanilər İdarəsinin 25-ci, Moskva İslam İnstitutunun 20-ci və Rusiya müfitisi şeyx Ravil Eynuddinin anadan olmasının 50-ci il dönümü münasibəti ilə Moskva Came məscidində sərgi keçirilir.
Qeyd edək ki, Rusiyada ilk dəfə təbrik kartları 19-cu əsrin 90-cı illərind çap edilib. Kartın üzərində Rusiya cəmiyyətini təşkil edən müqəddəs simvollar çəkilib. Onların arasında məscid, qəbiristan və türb və mədəni məkanlar da görmək olar.