IQNA

İƏT: Fələstin işğaldan azad olmasa sülh mümkün deyil

22:05 - September 16, 2019
Xəbər sayı: 3485821
İƏT ölkələri İsrailin işğal olunmuş Fələstindəki müstəmləkə siyasətini və Təl-Əvivin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirərək demoqrafik tərkibini dəyişdirmək cəhdlərini də pisləyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri səviyyəsində təcili iclası keçirildi.

İşğalçı İsrailin 1967-ci ildə işğal etdiyi Fələstin ərazilərini, o cümlədən Şərqi Qüdsü tamamilə azad etmədən Yaxın Şərqdə sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyil.
Bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə Xarici İşlər Nazirləri səviyyəsində keçirilən təcili iclasının yekun bəyannaməsində deyilir.
İƏT beynəlxalq ictimaiyyəti, xüsusən də BMT-ni İsrailin Fələstinin işğal olunmuş torpaqlarında qanunsuz yəhudi məskənləri tikməsini pisləməyə çağırıb.
İƏT ölkələri İsrailin işğal olunmuş Fələstindəki müstəmləkə siyasətini və Təl-Əvivin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirərək demoqrafik tərkibini dəyişdirmək cəhdlərini də pisləyib.
Yekun kommüniketdə İsrailin Baş naziri Benyamin Netanyahunun "İsrail suverenliyini bütün İordan çayının qərbində, Ölü dənizin şimal hissəsinə və işğal altındakı Qərb sahilindəki yaşayış məntəqələrinə tətbiq etmək niyyəti" mövzusunda verdiyi açıqlamanı kəskin tənqid edib.
Sənəddə işğalçı rejimin baş nazirinin hərəkətlərinin "təhlükəli bir eskalasiya, Fələstin xalqının tarixi və qanuni hüquqlarına daha bir ciddi zərbə və BMT nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması" olduğu vurğulanır.
Bəyannamədə bütün İƏT üzv dövlətlərini gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının 74-cü sessiyasında Fələstindəki vəziyyətlə bağlı məsələni qaldırmağa çağırış yer alıb.
Teqlər: iqna ، iət ، ciddə ، fələstin
captcha