Pakistanın Lahur şəhərində İmam Hüseyn (ə) və onun vəfalı dostları üçün əzadarlıq məclisində insanlara maraqlı ehsan paylanılıb.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, əza məclisinin sonunda çay və yemək əvəzinə insanlara əkilməsi üçün fidanlar paylanılıb.
Bundan başqa digər bir əza məclisində insanlara pulsuz kitablar ehsan olunub. Pakistanın “Dünya bu gün” qəzeti bu ehsanlarla bağlı geniş reportaj hazırlayıb. Sosial şəbəkələrdə əza məclisində kitab və fidan ehsan edilməsi geniş müzakirəyə və insanların alqışına səbəb olub.