İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Hindistanın Bombeyi şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Abbas Mehrin Şüştərinin qələmə aldığı "Fərhənge Luğate Qurani-Kərim" (Qurani-Kərimin sözlərinin izahlı lüğəti) kitabı Urdu dilinə tərcümə, çap və nəşr edilib.
Kitabı Urdu dilinə Höccətul-İslam vəl-müslimin Mövlana Nisar Əhməd Zeyn Puri tərcümə edib. Tərcümə edilmiş mətn 767 səhifədə 1000 nüsxə ilə tirajlanıb.
Professor Abbas Mehrin Şuştəri (1259-1355 hicri-şəmsi) Hindistanın "Meysur" universitetinin ustadı olub. O, İslamdan öncəki İranın dilləri ilə də yaxından tanış olub. Onun digər əsəri Sasani imperiyası dövründə İran Ədəbiyyatı Tarixidir.