IQNA

Filippində "dünya sülh günü" toplantısı keçirildi – Foto

6:33 - September 23, 2019
Xəbər sayı: 3485859
Filippinin paytaxtı Manilin yaxınlığındakı Das-Marinas şəhərində müxtəlif ölkələrin nümayəndələri və müxtəlif dinlərin davamçılarının iştirakı ilə "dünyada sülh günü" toplantısı keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "dünya sülh günü" Sentaybr ayının 21-də Filippinin paytaxtı Manilin yaxınlığındakı Das-Marinas şəhərində bu ölkənin "De La Salle" xristian universitetinin təşəbbüsü, müxtəlif ölkələrin nümayəndələri və müxtəlif dinlərin davamçılarının iştirakı ilə keçirilib.

Bu toplantıda müxtəlif ölkələrin dini, elmi və siyasi şəxiyyətləri, o cümlədən İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri Məlik və "İran və Filippin Qadınlarının Dostluğu Cəmiyyəti"nin sədr müavini xanım Təndis Təqəvi iştirak ediblər.  

Toplantı müxtəlif dinlərin davamçıları tərəfindən bir neçə dildə, o cümlədən Çin dili, İndoneziya (Bahasa), Filippin, İngilis, Ərəb və Fars dillərində dua oxumaq mərasimi ilə başlayıb.

"İran və Filippin Qadınlarının Dostluğu Cəmiyyəti"nin sədr müavini xanım Təndis Təqəvi Qurani-Kərimin "Ali-İmran" surəsinin 8 və 9-cu ayələrini Fars, İngilis və Ərəb dilində qiraət edib.

Dua mərasimindən sonra toplantıdakı müxtəlif qonaqlar, o cümlədən "De La Salle" xristian universitetinin rəis müavini Maria Sisilia (Cicilia), həmin universitetinin məzhəbi işlər üzrə müavini keşiş Maykl Brugton (Michel Brougtone), İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri Məlik və xanım Salang Kupang çıxış edərək "din və sülh" mövzusunda və habelə dünyada uşaqlar və qadınlar üçün yaranmış ağır böhrandan danışıblar.      

http://iqna.ir/fa/news/3844086

 

captcha