IQNA

İndoneziyada Quran tarixi muzeyi açıldı

6:24 - September 24, 2019
Xəbər sayı: 3485866
Keçən həftənin Bazar günü, 22 Sentyabr 2019-cu il, İndoneziyanın şimali Sumatra əyalətinin Medan şəhərində "Quran Tarixi Muzeyi"nin açılış mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Bazar günü, 22 Sentyabr 2019-cu il, İndoneziyanın şimali Sumatra əyalətinin Medan şəhərində "Quran Tarixi Muzeyi"nin açılış mərasimi keçirilib.

İndoneziyanın Quran tarixi muzeyində Qurani-Kərimin qədim və tarixi əlyazma nüsxələri saxlanılır. Muzeyin açılışı münasibəti ilə 22 əlyazma Quran nüsxəsi sərgiyə çıxarılıb. Nümayiş olunan Quran nüsxələrindən biri İndoneziyanın ən qədim əlyazma Quran nüsxəsi olub.

Şimali Sumatranın qubernatoru Edi Rəhmayadi muzeyin açılış mərasimində deyib: Bu muzeydə Qurani-Kərimin çoxlu qədim və tarixi əlyazma nüsxələri saxlanılır. O cümlədən Şimali Sumatranın Barus rayonuna aid olan əlyazma Quran nüsxəsi ki, İslam dini ilk dəfə bu regiona həmin rayondan yayılmağa başlayıb.

O əlavə edib: Biz bu regionda geniş araşdırma apardıqdan sonra müxtəlif yerlərdən qədim Quran nüsxələrini toplaya bildik. Bu Quran nüsxələrinin bəzilərinin yaşı 250 ildən də çoxdur. Muzeydəki ən qədim Quran nüsxəsi hicri-qəməri tarixi ilə 1070-ci ilə aiddir. Əlbəttə araşdırmalar  göstərir ki, bu əyalətdə daha çox əylazma və qədim Quran nüsxələri mövcuddur və biz onları tapmağa çalışacayıq.  

http://iqna.ir/fa/news/3844397

Teqlər: nüsxə ، iqna ، quran ، hicri ، indoneziya ، sumatra
captcha