IQNA

Almaniya müsəlmanları ölkə prezidentinin müsəlmanların hüquqları haqda çıxışını dəstəkləyiblər

13:37 - October 06, 2010
Xəbər sayı: 2007777
Beynəlxalq şöbə: Almaniya müsəlmanları mərkəzi şurasının baş katibi (ZMD) “İman Mazik” Almaniya prezidenti Kristian Vulfun müsəlmanların hüquqları haqda çıxışını dəstəkləyib.
İQNA Quran xəbər agentliyinin AFP Fransa rəsmi agentliyinə istinadən məlumat verir ki, İman Mazik Bild qazetinə müsahibəsində Almaniya prezidentinin sözlərini dəstəkləyib. “Almaniya müsəlmanları hökumətin uzadılmış dostluq əlini sıxmağa hazırdır”, -deyə Mazik deyib.
O əlavə edib ki, Vulf Almaniya prezidenti kimi göstərdi ki, müsəlman vətəndaşlar ikinci dərəcəli deyillər və bu bizi sevindirir.
Mazik deyib ki, Vulf öz çıxışında çox aydın şəkildə bildirib ki, fərdi və ictimai yaşam tərzində fərqlilik təbiidir və bu məsələni böyütmək lazım deyil.
Qyed edək ki, Almaniya prezidenti Berlin divarını dağıdılması münasibəti ilə çıxışında demişdi ki, müsəlmanlar Almaniya xalqının bir parçasıdır və bütün vətəndaşlar bərabər hüquqa malikdir. 668629
captcha