IQNA

BƏƏ-də Vatikan və İslam əlaqələri mövzusunda kitab çap olunub

11:30 - October 13, 2010
Xəbər sayı: 2012041
Beynəlxalq şöbə: Birləşmiş Ərəb Əmirliklərində Almaniyalı yazıçı “Hayns Yuxim Fişer”in “islam və məsihiyyət əlaqələri keçmişdə və indiki zamanda” ərəb dilində çap olunub. Kitab Ərəb dilində “Roma və Məkkə, Papa və İslam” adı ilə çap olunub.
İQNA Quran agentliyi Kuveytin Kona xəbər agentliyinə istinadən məlumat verir ki, kitab “Kəlmə” tərcümə müəssisəsi araşdırmaçıları Sami Əbu Yəhya və Fuad İsmail tərəfindən Alman dilindən Ərəb dilinə tərcümə olunub. Kitaba İordaniya Yermuk universitetinin ədəbiyyat professor Xəlil Əş-Şeyx müqəddimə yazıb.
Kitabda Vatikanın 20 və 21-ci əsirlərdə İslama qarşı yürütdüyü siyasət haqqında geniş məlumatlar yazılıb və yazıçı kitabda təhlil və tənqid qaydasından istifadə edib.
Kitabın müəllifi Hayns 20 il ərzində Vatikanla çalışıb və Vatikanın sabiq papasını islam ölkələrinə bütün səfərlərdə müşaiyət edib. Bu baxımdan kitab əhəmiyyət kəsb edir.
Hayns kitabın bir fəslində Vatikan papalarının İslama münasibətlərindən danışır və Vatikanın ikinci asambeleyasının 1962-1965-ci illərdə müsəlmanlarla dialoq və əməkdaşlıq etmək haqda qərarını təhlil edir. 673454
captcha