IQNA

Səudiyyə Ərəbistanında şiələr və sünnilər barışıq sənədi imzalayıblar

23:54 - December 26, 2010
Xəbər sayı: 2053748
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın şiə və sünni şəxsiyyətlərindən bir qrupu Mədinə şəhərində barışıq sənədi imzalayıblar.
İQNA Quran agentliyinin “Rasid” xəbər kanalına istinadən məlumatına əsasən, ötən gün imzalanan bu barışıq sənədi “Bir ailədə birgə yaşayış” adı ilə bu il Mədinə şəhərində Aşura günü baş verən hadisələrdən sonra imzalanıb.
Bu barışıq sənədi ilk dəfədir ki, şiə və sünnilər arasında imzalanır. İmzalanma mərasimində Səudiyyə Ərəbistanın şiə və sünni şəxsiyyətlərindən 200 nəfər iştirak edib. Mərasim Mədinə şəhərinin Əl-Danət konfrans salonunda güclü təhlükəsizlik tədbirləri ilə birlikdə keçirlib. Mərasimdə Səduiyyə Ərəbistanın rəsmilərindəndə iştirak edib.
Sənədi Şiələr tərəfindən Saleh Əl-Cədan və Tahir Əbdül-Münəm Əl-Hacuc və Sünnilər tərəfindən Feysəl Əbu Rəbiət və Süleyman bin Qəmiz Əl-Saidi tərəfindən imzalanıb.
Barışıq sənədində şiələr və sünnilər arasında dostluğun ,bərabərliyin artırılmasının zəruriliyi və vətənə xidmət üçün əməkdaşlığı və ictimai asayişi pozmağa cəhd olunuan təhqirlər və nifrətlərdən çəkinməyə çağrılıblar.
Qeyd edək ki, cari ilin Aşura günü Mədinə şəhərində bir qrup ifratçı Vəhhabilər əzadarlıq edən şiələrə hücum edib onlara xəsarət yetiriblər. Onlar bu hərəkətləri ilə şiə vətəndaşların bədənlərinə və mallarına ziyan yetiriblər. Hadisəyə Polis müdaxilə edib və 50 nəfər həbs olunub. 718377
captcha