IQNA

Qazaxıstanda islam ölkələrinin xarici işlər nazirlərinin iclası başlandı

20:24 - June 29, 2011
Xəbər sayı: 2146736
Beynəlxalq şöbə: islam ölkələrinin xarici işlər nazirlərinin 38-ci iclası tir ayının 7-si Qazaxıstanın paytaxtı Astana şəhərinin “İstiqlal” sarayında başlandı.
İran Quran Xəbər Agentliyi (İQNA) və «kazinform» xəbər bürosunun məlumatına əsasən, iclas Nursultan Nazarbəyovun çıxışı ilə başladı və xarici işlər naziri Əkmaləddin Ehsanoğlunun, eləcə də Asiya, Afrika və Ərəb ölkələrinin heyət üzvlərinin çıxışları ilə davam etdi.
Bizim ölkənin xarici işlər naziri Əliəkbər Salehi də bu iclasda iştirak edir və İİR-nın İslam dünyası ilə, o cümlədən Orta Şərq, Şimali Afrika ölkələrində islamın oyanışı, Fələstin məsələsi, İraq, Əfqanıstan və digər islam ölkələrinin vəziyyəti ilə bağlı mühüm məsələlər haqqında danışdı..
Bu iclas tir ayının 9-na qədər İslam konfransı təşkilatının baş katibi və islam ölkələrinin xarici işlər nazirlərinin 38-ci iclasının rəhbərinin çıxışları ilə davam edəcək və bundan sonra keçirilən iclasla bağlı bir mətbuat konfransı həyata keçiriləcək. 816591
captcha