İqna Quran Xəbər Agentliyi (İQNA): The Mobile İndian xəbər agentliyinin verdiyi məlumata görə, azan vaxtlarının nizamlanması, zəkat miqdarını hesablama, hicri təqvimi və qiblə istiqamətini təyin edən özəllikləri ilə xüsusi istehsal olunan telefon İ-786 seriyası çıxarılmışdır.
Bu mobil telefon İ-Tel şirkətinin bir çox müsəlman alimləri ilə məsləhətləşməsi nəticəsində istehsal olunmuşdur. Şirkət bu telefonun satışıyla əldə edəcəkləri gəlirin 2,5%-ini ehtiyaclı insanlar və kimsəsiz müsəlman uşaqlara xərcləyəcəklərini açıqlayıb.
Qeyd edək ki, qoşa simkart xüsusiyyətinə sahib olan İ-786 mobil telefonu müştərilərinə ingilis, ərəb, fars, urdu və türk dillərində istifadə etmək imkanını da təmin edir. 863779